“Müəllimin dərsin ortasında tərk etdiyi yeniyetmələr kimidirlər və bir-birini yeyirlər” - Xuxaşvili "Gürcü Arzusu"nun qarşıdurması haqqında bildirib
Ekspert Qia Xuxaşvili hesab edir ki, Bidzina İvanişvili siyasətə qayıtmalıdır. Xuxişvilinin “Palitranews” telekompaniyasının “360 dərəcə” verlişində bildirdiyinə görə Bidzina İvanişvili Prezidentliyə namizəd olaraq seçkilərdə iştirak etməlidir.

“Bidzina İvanişvili Prezident olaraq seçkilərə iştirak etməlidir. Onun Prezidentliyi ölkədə instutisional qaydanı bərpa edəcək. Yeniyetmələr məcbur olacaqlar ki, özlərini qaydaya salsınlar. Ondan sonra onun zəmanəti ilə rəqabətli seçkilər keçirilməlidir. Multipartiya Parlamenti qəbul etdikdən sonra siyasətdən getməlidir”, - bildirib Xuxişvili.

Onun sözlərinə görə, Parlament çoxluğunda gedən proseslər dərsin ortasında sinifdən müəllimin çıxmasından sonra olan vəziyyətə bənzəyir.

“Təxminən belə bir şey baş verir: təsəvvür edin məktəbdə müəllim dərsin ortasında bayıra çıxır. Sinifdə bu zaman səs-küy olur, bir-birinə təyyarələr atırlar və.s. Təxminən indi də belədir. Müəllim sinifi tərk edib və sinifdə xaos başlayıb. Yekunda elə çıxır ki, şagirdlər heç məktəbi də bitirmirlər. Bunlar siyasi baxımdan yetişməmiş adamlardır. Nə danışdıqlarını özləri də bilmir. Müəllim məsuliyyət hiss etməlidir ki, dərsin ortasında uşaqları tək qoymaq olmaz. Obyektiv vacibatdır ki, o, bu qərarı versin və siyasətə qayıtsın. Heç kim cavabdehlik götürməməlidir, sistem pozulub və qərar qəbul etmək prosesində xaosdur”, - bildirib Xuxuişvili.

Mənbə: PalitraNews
Print