Kütləvi şəkildə insanlar olan obyekt sahibləri məcburi sığortadan kənar çalışmalarına görə inzibati cərimələnəcəklər
Kütləvi ictimai yerlərdə obyekt sahibləri sığortaları olmadan işgüzarlıqla məşğul olduqlarına görə, inzibati olaraq cərimələnəcəklər. Bununla bağlı, “İnzibati cərimələr məcəlləsinə” xüsusi maddə artırılır və maddəni qəbul etməyi parlament üçüncü dinləmədə - 74 səslə dəstəkləyib.

Qanunvericilik təşəbbüsünə əsasən, ticarət mərkəzi, bazar sahibləri tərəfindən üçüncü şəxsin həyatı və sağlamlığına dəyən zərərin mülki cavabdehliyinin vacib sığortası olmadan işgüzarlıq sahibkarın 1000 lari dəyərində cərimələnməsinə səbəb olacaq.

Bundan əlavə, ticarət mərkəzinin, bazar sahibinin obyektə kommersial işlə məşğul olan sahibkar subyektin mülkə (daşınan əmlak, ehtiyatlar) dəyən zərərin mülki cavabdehliyinin vacib sığrortası olmadan işgüzarlıq, sahibkarın cərimələnməsinə, obyektə fəaliyyət göstərən sığotasız kommersial obyektlərin sayının 100 lari il əyuvarlaqlaşdırılması qədərində cəriməyə səbəb olacaq.

Vacib sığorta olmadan işgüzarlığa görə, benzin və qaz dayanacağı sahibləri hər sığortasız dayanacağın sayına görə 1000 laridən çox məbləğlə cərimələnəcəklər.

100 və daha çox yerlik mehmanxana-istirahət evi sahiblərinin mülki cavabdehlikyin vacib sığortası olmadan işgüarlığı sahibkarın 5000 lari dəyərində cərimələnməsinə səbəb olacaq. Həmin hərəkət təkrar olunması halında cərimənin ikiqatı veriləcək.

Kütləvi ictimai obyektlərin sahibkarlar üçün vacib sığorta 1 martdan qüvvəyə minib. Hökumətin qərarına əsasən, sahibkarlar tərəfindən üşüncü şəxsin sığortası sonrakı obyektlərə aiddir: Ticarət mərkəzi, bazar, benzin/qaz dayanacağı, mehmanxana.

Mənbə: İnterPressNews
Print