Daxili İşlər Naziri Giorgi Qaxaria Mərkəzi Kriminal Polis
Departamentinin direktoru olaraq Vladimer Bortsvadzeni təyin edib.
Qeyd olunan məlumatı DİN yayır.
Vladimer Bortsvadze 2006-2018-ci illərdə Gürcüstan prokurorluğu
sistemində müxtəlif vəzifələrdə çalışıb.
2016-2018-ci illərdə o, Gürcüstanın baş prokurorluğunun dövlət
təhlükəsizlik, xüsusi dövlət mühafizə və rezerv xidmətində, DİN
dövlət müəssisəsi-Gürcüstan sərhəd polisində istintaq proseslərinin
rəhbəri və operativ-araşdırma işlərində nəzarət departamentinə
rəhbərlik edib. 2013-cü ildən 2016-cı ilə qədər həmin departamentin
rəhbər müavinin vəzifəsini tuturmuş. 2012-2013-cü illərdə Xaşurinin
raon prokuroru olub. 2009-2012-ci illərdə Gürcüstanın baş
prokurorluğunun istintaq hissəsinin xüsusən vacib işləri üzrə
müstəntiq olaraq açlışıb. 2006-cı ildən 2007-ci ilə qədər Mtsxeta
rayon prokurorluğunun prokuroru olub.