DİN-in kriminal polis departamentinin yeni rəhbər təyin olundu
Daxili İşlər Naziri Giorgi Qaxaria Mərkəzi Kriminal Polis Departamentinin direktoru olaraq Vladimer Bortsvadzeni təyin edib. Qeyd olunan məlumatı DİN yayır.

Vladimer Bortsvadze 2006-2018-ci illərdə Gürcüstan prokurorluğu sistemində müxtəlif vəzifələrdə çalışıb.

2016-2018-ci illərdə o, Gürcüstanın baş prokurorluğunun dövlət təhlükəsizlik, xüsusi dövlət mühafizə və rezerv xidmətində, DİN dövlət müəssisəsi-Gürcüstan sərhəd polisində istintaq proseslərinin rəhbəri və operativ-araşdırma işlərində nəzarət departamentinə rəhbərlik edib. 2013-cü ildən 2016-cı ilə qədər həmin departamentin rəhbər müavinin vəzifəsini tuturmuş. 2012-2013-cü illərdə Xaşurinin raon prokuroru olub. 2009-2012-ci illərdə Gürcüstanın baş prokurorluğunun istintaq hissəsinin xüsusən vacib işləri üzrə müstəntiq olaraq açlışıb. 2006-cı ildən 2007-ci ilə qədər Mtsxeta rayon prokurorluğunun prokuroru olub.

Mənbə: İnterPressNews
Print