Kommersiya bankları üçün təyin olunmuş yeni tənzimləmələr bu gündən qüvvəyə minib və yeniliklər sürətli və online kreditlərə də aiddir
Kommersiya bankları üçün təyin edilmiş yeni tənzimləmələr bu gündən qüvvəyə minib və yeniliklər sürətli və online kreditlərə də aiddir”, - bu haqda Maliyyə naziri Mamuka Baxtadze Facebook istifadəçisi tərəfindən verilmiş suala cavab verərkən bildirib. Maliyyə nazirinin sözlərinə görə, həddindən artıq borclara qarşı oyunun yeni qaydaları bütün maddi sektorlara aiddir. Baxtadzenin sözlərinə görə, bu problemin yaranmasının əsas səbəblərindən biri məhz maddi sektor üçün vahid tənzimləmələrin olmaması idi.

“Biz ümumi oyunun qaydalarından danışanda, bunda bütün maddi sektorlar nəzərdə tutulur. Çünki problemin əsas səbəbi məzh maddi sektorun müxtəlif nümayəndələri arasında assimetrik tənzimləmələrin olmaması idi. Bank sektorunun, qeyri-bank sektorunun, mikro maliyyə təşkilatların öz tənzimləmələri var, online kreditlərdə başqa tənzimləmələr var idi. Ümum yekunda hər şey vahid tənzimləmə olaraq formalaşmamışdı və bu əlbəttə problemin bir hissəsinə çevrildi. Bundan dolayı mənim danışdığım oyunun qaydaları hamıya, həmçinin sürətli və online kredit nümayəndələrinə də aiddir. Çünki məhz bu istiqamətdə belə növ yaranmış xidmətlər ilk növbədə Gürcüstanda həddindən artıq borclar yaratdı və biz bu gün onu görmürük”, - bildirib Mamuka Baxtadze.

Xatırladaq ki, bu gündən kommersiya bankları üçün Milli Bankın yeni tənimləmələri qüvvəyə mindi. Konkret olaraq Milli Bankın yeni tənzimləmələri ilə 2018-ci ilin 7 may tarixindən kommersiya bank istifadəçilərinə ödəmə bacarığına aid olan tam analizdən kənar kreditlərin verilməsi məhdudlaşır. Belə kreditlərin ümumi dəyəri kommersiya bankının nəzarət kapitalının  25%-dən artıq olmamalıdır.

Beləliklə, məlumata görə, kredit götürənin krediti ödəmə bacarığının tam analizi olmadan mülkü baxımdan təmin olunan kreditlərin ümumi dəyəri kredit verilərkən bankın nəzarət kapitalının 15%-dən artıq olmamalıdır. Kreditin təmin edilməsinin əmsalı 50%-dən çox olmamalıdır.

Mənbə: İnterPressNews
Print