Gürcüstan hökumət administrasiyasında yenidənqurma işləri başlayır
Gürcüstan hökumət administrasiyasında yenidənqurma işləri başlayır. Hökumət administrasiyasında yenidənqurmasının başlaması ilə əlaqədar baş-nazir Giorgi Kvirikaşvilinin 2018-ci ilin 7 may tarixində olan sərəncamı Gürcüstan hökumətinn veb-səhifəsində yayımlanıb.

Sərəncamda qeyd olunduğuna əsasən Gürcüstan administrasiyasının yenidənqurması sistemli, səmərəli idarəçiliyin təmin olunması məqsədi ilə həyata keçirilir. Nəticədə Gürücstan hökumət administrasiyasının bir qismində və ya tam olaraq yeni strukturu qəbul olunacaq.

Yenidənqurma məqsədi ilə həyata keçiriləcək tədbirlərin planlaşdırılmasını administrativ idarə departamentinin insan resursları idarəsi xidməti bir ay müddətində təmin etməlidir. Həmin xidmətə sərəncamı hökumət administrasiyasının hər bir məmuruna bildirməsi öhdəliyi də verilib.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google