İrakli Kobaxidze – rus təbliğatı dəhşətlidir
Kobaxidze qeyd edib ki, belə təbliğat onun üçün ümumiyyətlə qəbuledilməzdir.
“Əlbəttə, rus təbliğatı dəhşətlidir və aktiv çalışmaq lazımdır ki, müvafiq risklərin aradan qaldırılması baş versin. Biz beynəlxalq tərəfdaşlarımızla birgə də aktiv çalışırıq. Bizim üçün bizim milli maraqlarımızın müdafiəsi əhəmiyyətlidir və bizim iki tarixi regionumuzun işğal olunduğu bir vaxta belə təbliğat mənim üçün ümumiyyətlə qəbuledilməzdir”, - bildirib İrakli Kobaxidze.

Kobaxidze eləcə də şura simvolikasının istifadə olunması ilə bağlı sanksiyaların ciddiləşdirilməsinin olub olmaması məsələsi ilə bağlı da danışıb.

Mənbə: Birinci Kanal
Print