Kvirikaşvili: Hər hansı qarşıdurma və cəmiyyətin parçalanması qəti qəbuledilməzdir
Giorgi Kvirikaşvili iki günlük sükutunu pozub
. Baş-nazirin çıxışının mətnini sizə təqdim edirik:
“Dünən səhərdən bizim komandada bizim gənclərin, bizim
övladlarımızın, bu gün və dünən küçədə, bu binadan bir neçə metr
məsafədə emosional şəkildə müzakirə etdiyi məsələlərin müzakirəsi
gedir. Dünən axşam Kaxa Kaladze bizim komandanın adı ilə bəyənat
verdi. Bəyənatda bugünkü aktual məsələlərlə bağlı kəskin şəkildə
bizim komandanın mövqeyi bildirildi və cəmiyyət narkotikdən
istifadə adlı ağır cinayətlə mübarizəyə çağırıldı.
Bir daha sizə müraciət etmək istəyirəm, mənim övladlarım, mənim
dostlarım, siz gələcək nəsilsiniz, bizim ölkənin sabahkı günüsünüz.
Mən bu gün bizim ölkədə sizin söz və ifadə azadlğınıza heç bir
təhlükə olmamasına dair birbaşa zəmanət verirəm.
İnsanın söz və ifadə azadlığının bizim üçün prioritet olmasını son
saatlarda baş verən hadisələr də təsdiqlədi.
Məmbə: Netgazeti.ge