Azərbaycanın Gürcüstandakı keçmiş səfiri Ramiz Həsənov Xarici İşlər
Nazirinin müavini vəzifəsinə təyin olunub.
Standartlaşdırma, Metrologiya və Patentlər üzrə DövlətKomitəsinin
ləğv olunan strukturunun rəhbəri Ramiz Həsənov Xarici İşlər
Nazirinin müavini vəzifəsini daşıyacaq. Bu haqda etibarlı mənbələrə
istinadən Azərbaycan mediası yazır.
Haqqin.az-ın yazdığına görə Xarici İşlər Nazirinin beş müavini var.
Ramiz Həsənov 5 müavindən birini əvəz edib və ya altıncı müavin
olub bu məlum deyil.
Standartlaşdırma, Metrologiya və Patentlər üzrə DövlətKomitəsi
prezidentin sərəncamı ilə 2018-ci ilin 20 aprel tarixində ləğv
olunub.
Ramiz Həsənov 2003-2005-ci illərdə Azərbaycanın Gürücstandakı
Fövqəladə və Tamhüququlü səfiri olub.
2005-ci ildən Standartlaşdırma, Metrologiya və Patentlər üzrə
DövlətKomitəsinə rəhbərlik edib.
1961-ci ildə Gürücstanda, Marneulidə anadan olub. Onun siyasi
karyerası 1990-cı ildə Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyində başlayıb.
Hal-hazırda onun qardaşı Dursun Həsənov Azərbaycanın Gürcüstandakı
Fövqəladə və tamhüquqlu səfiridir.