Temur Abazovun vəkilləri bu gün 23 iyul tarixində bəyənat
veriblər ki, Abazov və müəyyən qruplar arasında qarşıdurma Marneuli
merinin saxlanılmasına qədər də var imiş.
Vəkillər eləcə də Abazova qarşı həyata keçirilmiş fiziki
zorakılıqdan da danışıblar.
“Marneuli” radiosuna meriyada çalışan etibarlı mənbə bir neçə ay
bundan əvvəl məlumat verdi ki, Temur Abazovla parlamentari Tamaz
Naverianinin arasında fiziki qarşıdurma olub.
Milli Hərəkatın üzvü və Parlamentari Azər Süleymanov bizimlə söhbət
zamanı dedi ki, Naveriani və Abazov arasında qarşıdurma haqqında
onun da məlumatı var, ancaq detalları bilmir.
“Marneulidə hamı bu mövzudan danışır ki, bir neçə ay bundan əvvəl
qubernatorun kabinetində nəsə olub, otaqda kim var imiş, necə olub,
nə baş verib, bunu yalnız bir neçə nəfər bilir. Mən Milli Hərəkatın
üzvüyəm və nə qubernator mənim dostumdur nə də Abazov. Ona görə də
bu mövzuda danışa bilməzdim. Amma Marneulidə hamı danışır ki,
Abazov və Tamaz Naveriani arasında qarşıdurma olub”,
- dedi Azər Süleymanov.
Kvemo Kartli dövlət müvəkkili – qubernator Qriqol Nemsadze bizimlə
söhbət zamanı onun kabinetində Abazovla Naveriani arasında
qarşıdurma faktının olmasını inkar etdi.
Qarşıdurma haqqında Marneuli bələdiyyə məclisinin üzvü və “Avropalı
Gürcüstan” partiyasının nümayəndəsi Əhməd İmamquliyevin də məlumatı
var. Bizimlə söhbət zamanı İmamquliyev deyir ki, Naveriani və
Abazov arasında qarşıdurma kadrların bölünməsinə görə olub.
İmamquliyevin sözlərinə görə, bu məlumatın mənbəyi iki qrupa
bölünən “Gürcü arzusunun” üzvləridir. Bir qrup Tamaz Naverianini
dəstəkləyir ki, Naveriani Abazova kül qabı atıb, ancaq Abazovun
dəstəkçiləri isə deyirlər ki, Abazov Naverianiyə cavab olaraq su
şüşəsi atıb.
İmamquliyev qeyd olunan fikiri təsdiqləmək üçün bu faktı da qeyd
edir ki, mübahisə haqqında məlumat yayıldıqdan sonra Temur Abazov
və bələdiyyə məclisinin sədr müavini Mamuka Naveriani bir-biri ilə
danışmırdılar və çalışırdılar ki, eyni görüşlərə getməsinlər.
Qeyd etmək lazımdır ki, Marneuli bəllədiyyə sədrinin müavini Mamuka
Naveriani parlamentari Tama Naverianinin qardaşı oğludur.
Temur Abazovla qarşıdurmaya dair hər hansı faktı Tamaz Naveriani
inkar edir və deyir ki, əgər qeyd olunan məlumatı Azər Süleymanov
bildiribsə o zaman o, müvafiq mənbəni də qeyd etməlidir və
paramentari “Marneulidə əhali şaiə yayır” kimi bəyənatlar
verməməlidir.