Temur Abazovun vəkilləri tərəfindən adı çəkilən "müəyyən qruplar"da güman ki Tamaz Naveriani nəzərdə tutulur

Temur Abazovun vəkilləri bu gün 23 iyul tarixində bəyənat veriblər ki, Abazov və müəyyən qruplar arasında qarşıdurma Marneuli merinin saxlanılmasına qədər də var imiş.

Vəkillər eləcə də Abazova qarşı həyata keçirilmiş fiziki zorakılıqdan da danışıblar.

“Marneuli” radiosuna meriyada çalışan etibarlı mənbə bir neçə ay bundan əvvəl məlumat verdi ki, Temur Abazovla parlamentari Tamaz Naverianinin arasında fiziki qarşıdurma olub.

Milli Hərəkatın üzvü və Parlamentari Azər Süleymanov bizimlə söhbət zamanı dedi ki, Naveriani və Abazov arasında qarşıdurma haqqında onun da məlumatı var, ancaq detalları bilmir.

“Marneulidə hamı bu mövzudan danışır ki, bir neçə ay bundan əvvəl qubernatorun kabinetində nəsə olub, otaqda kim var imiş, necə olub, nə baş verib, bunu yalnız bir neçə nəfər bilir. Mən Milli Hərəkatın üzvüyəm və nə qubernator mənim dostumdur nə də Abazov. Ona görə də bu mövzuda danışa bilməzdim. Amma Marneulidə hamı danışır ki, Abazov və Tamaz Naveriani arasında qarşıdurma olub”
, - dedi Azər Süleymanov.

Kvemo Kartli dövlət müvəkkili – qubernator Qriqol Nemsadze bizimlə söhbət zamanı onun kabinetində Abazovla Naveriani arasında qarşıdurma faktının olmasını inkar etdi.

Qarşıdurma haqqında Marneuli bələdiyyə məclisinin üzvü və “Avropalı Gürcüstan” partiyasının nümayəndəsi Əhməd İmamquliyevin də məlumatı var. Bizimlə söhbət zamanı İmamquliyev deyir ki, Naveriani və Abazov arasında qarşıdurma kadrların bölünməsinə görə olub. İmamquliyevin sözlərinə görə, bu məlumatın mənbəyi iki qrupa bölünən “Gürcü arzusunun” üzvləridir. Bir qrup Tamaz Naverianini dəstəkləyir ki, Naveriani Abazova kül qabı atıb, ancaq Abazovun dəstəkçiləri isə deyirlər ki, Abazov Naverianiyə cavab olaraq su şüşəsi atıb.

İmamquliyev qeyd olunan fikiri təsdiqləmək üçün bu faktı da qeyd edir ki, mübahisə haqqında məlumat yayıldıqdan sonra Temur Abazov və bələdiyyə məclisinin sədr müavini Mamuka Naveriani bir-biri ilə danışmırdılar və çalışırdılar ki, eyni görüşlərə getməsinlər.

Qeyd etmək lazımdır ki, Marneuli bəllədiyyə sədrinin müavini Mamuka Naveriani parlamentari Tama Naverianinin qardaşı oğludur.

Temur Abazovla qarşıdurmaya dair hər hansı faktı Tamaz Naveriani inkar edir və deyir ki, əgər qeyd olunan məlumatı Azər Süleymanov bildiribsə o zaman o, müvafiq mənbəni də qeyd etməlidir və paramentari “Marneulidə əhali şaiə yayır” kimi bəyənatlar verməməlidir.
"Marneuli" Radiosu

 

Print