Regional idarəçilik İnfrastruktur Nazirliyindən ayrılaraq baş nazirin sərəncamına keçir
Gürcüstan baş naziri Mamuka Baxtadzenin dediyinə görə, regional idarəçilik istiqaməti İnfrastruktur Nazirliyindən ayrılaraq baş nazirin sərəncamına keçir. Baxtadze qeyd edib ki, hökumət administrasiyasında bu istiqamətə Sozar Subari rəhbərlik edəcək.

Mamuka Baxtadzenin dediyinə görə, regional idarə sistemi bu günümüzün çağırışlarına cavab verə bilmir. Bu struktur dəyişikliklərdən sonra regional idarə bir başa baş nazirin sərəncamına keçəcək.

“Bildirmək istəyirəm ki, cənab Sozar Subari regional idarə sahəsinə rəhbərlik edəcək. Bu bir yenilikdir. Regional idarəçilik komponenti İnfrastruktur Nazirliyindən ayrılaraq Gürcüstan Hökumət Administrasiyasına keçəcək. Təcrübələr bu dəyişikliklərin labüdlüyünü göstərdi. Mən dəfələrlə bəyan etmişəm ki, regional idarəçilik sistemi bizim bölgələrdə, ümumiyyətlə bölgə idarəçiliyində olan çağırışlara cavab verə bilmir.

Bildiyiniz kimi, bizim təşəbbüslərin böyük hissəsi bölgələrdə həyat səviyyəsinin yaxşılaşdırılması üçün yeni layihələrin həyata keçirilməsinə yönəlib. Buradan irəli gələrək, biz qərara aldıq ki, bu xidmət birbaşa baş nazirin tabeçiliyində olsun və bizim cəmiyyətlə birbaşa və əks əlaqələrimiz daha səmərəli olsun. Əminəm ki, Sozar bu istiqamətdə mənə kömək edəcək”, - deyə Baxtadze bildirib.

Mənbə: Netgazeti
Print