Baş nazirin qərarı ilə Kvemo Kartli qubernatoru vəzifəsindən azad olunub

Gürcüstanın baş naziri Mamuka Baxtadze bu gün keçirdiyi brifinqdə 5 qubernatorun vəzifədən azad olunacağını bildirib.


Kvemo Kartli qubernatoru Qriqol Nemsadze də həmin qubernatorlar arasındadır.

Baş nazirin dediyinə görə, Şida Kartli, Msxeta-Mtianeti, Sameqrelo-Zemo Svaneti, Samsxe-Cavaxeti qubernatorları vəzifələrindən uzaqlaşdırılacaqlar. Kvemo Kartli qubernatoru Qriqol Nemsadze də vəzifəsindən azad olunacaq qubernatorlar arasındadır. Mamuka Baxtadzenin dediyinə görə, bu bölgələrin qubernatorlarını, eləcə də səhər saatlarında vəzifəsindən istefa verdiyi məlum olan İmereti qubernatorunu kimin əvəz edəcəyi yaxın günlərdə məlum olacaq.

 

Print Email
FaceBook Twitter Google