Giorgi Marqvelaşvilinin 5 illik
prezidentlik dövründə Avlabaridə yerləşən prezident iqamətgahının
təminatına təqribən 7,5 milyon lari xərclənib. Giorgi
marqvelaşvilinin 5 illik prezidentlik dövründə- 2013-cü ilin
dekabrından 2018-ci ilin 1 avqustuna qədər Avlabarıdəki prezident
iqamətgahının təminatına ümumilikdə 7 428 033 lari
xərclənib.
Bu haqda İPN tərəfindən Dövlət Mühafizəsi üzrə Xüsusi xidmətdən
verilmiş rəsmi göstəricilərdə qeyd olunub.
Konkret olaraq, avlabari iqamətgahının təmin olunması zamanı ən çox
xərc kommuna vergilərə düşüb. Daha konkret: 2014-cü ildə kommunal
xərclər 693 979 larini, 2015-ci ildə - 818 787 lari, 2016-cı ildə 1
018 962 lari, 2017-ci ildə 1 042 463 lari. 2018-ci ilin 1 avqustuna
qədər isə 446 113 larini təşkil edib. 2013-cü ilin dekabrında isə
iqamətgahın kommunal xərci 77 984 lari olub. Qeyd edilməlidir ki,
iqamətgahın kommunal xərclərə elektrik enerjisi, təbii qaz, su,
generatorların yanacağı və tikililərə, eləcə də ətraf əraziyə
qulluq/təmizləmə xərci daxildir.
Maaşa gəldikdə isə iqamətgaha xidmət məqsədi ilə 1 927 214 lari
maaş verilib. Həmçinin, 2015,2016 və 2017-ci illərdə 95 594 lari
dəyərində premiya verilib. 2018-ci ilin 1 avqustuna qədər olan
dövrdə isə əlavə olaraq 15 023 lari xərclənib.
Bundan əlavə 2014,2015,2016,2017-ci illərdə ümumilikdə 931 522 lari
xərclənib. 2018-ci ilin 1 avqustuna qədər olan dövrdə isə bu
baxımdan indiyə kimi 18 003 lari sərf olunub.
2014 və 2015-ci illərdə prezident iqamətgahında eləcə də təməlli
təmir işi aparılıb. Ümumilikdə buna 106 135 lari xərclənib.
Mənbə: ipn. ge