“Siyasi Şuranın iclası güman ki, bazar günü keçiriləcək və
görüşdə prezidentliyə namizəd ilə bağlı bir mövqe
formalaşdıracağıq”.
Bu barədə jurnalistlərə açıqlamasında parlamentin birinci
vitse-spikeri Tamar Çuqoşvili bildirib.
Onun sözlərinə görə, partiya elan etdiyi plana uyğun hərəkət
edir.
"Sabah prezidentliyə namizədlərin qeydiyyat tarixi sona çatır, buna
görə də bazar günü siyasi şuranın iclası keçiriləcək və biz bu
görüşdə mövqeyimizi müəyyənləşdirəcəyik. Bildiyiniz kimi, bu
seçkilərlə bağlı mövqelər fərqli idi, buna görə də Siyasi Şuranın
görüşündə seçki kampaniyasnda hansı formada iştirak edəcəyimizə
qərar verəcəyik. Biz qeyd etmişdik ki, namizədlərin qeydiyyat
müddəti başa çatdıqdan və kimin qeydiyyatdan keçdiyini gördükdən
qərar qəbul edəcəyik. Necə planlaşdırmışdıqsa, elə də davam
edirik", - Çuqoşvili bildirib.
Namizədə maliyyə dəstəyinin necə göstəriləcəyi ilə bağlı suala
Tamar Çuqoşvili hər şey qanun çərçivəsində olacaq deyə cavab
verdi.
"Qanun bizə bizim nömrəmizlə iştirak etməyən bir
namizədi necə dəstəkləmək imkanı verirsə. Biz yalnız qanunla
nəzərdə tutulmuş çərçivədə iştirak edəcəyik, bundan kənara
çıxmayacağıq", - deyə Çuqoşvili bildirib.