Baş-nazirin müavini və Daxili İşlər
Naziri Giorgi Qaxaria prezident seçkilərində Tbilisidə
, Çaikovski küçəsində yerləşən seçki məntəqəsində artıq səs verib.
Onun sözlərinə görə, DİN ölkə miqyasında seçkilərin sakit və
təhlükəsiz rejimdə keçməsi üçün tam hazırdır.
“Polis bütün gücü ilə - bütün polis qüvvəsi bu gün təhlükəsiz və
sakit mühitdə seçkilərin keçirilməsi üçün hazırdır. Bu məqsədə nail
olmaq üçün polis qüvvələri bizim vacib hesab etdiyimiz
ehtiyaclardan dolayı hərəkət edəcəklər”- bildirib Giorgi
Qaxaria.
Bu gün, 28 oktyabrda Gürcüstanda sonuncu dəfə Gürcüstan prezidenti
birbaşa qayda ilə seçilir. Vətəndaşlar 25 namizəd arasından seçim
etməli olacaqlar. Seçki məntəqələri saat 8-dən açılıb və saat
20:00-a kimi açıq olacaq.