Əsas odur ki, məmurlara qəzəblənib ölkəni cəzalandırmayaq - İvanişvilinin seçkilərlə bağlı video müraciəti
13:09 / 05.11.2018
"Gürcü Arzusu"nun sədri Bidzina İvanişvili
prezident seçkilərinin ikinci turu ərəfəsində video müraciət
yayımlayıb. O, insanların xəyal qırıqlığı və məyusluğunu başa
düşdüyünü bildirib.
"Bildirmək istəyirəm ki, sizi, sizin xəyal
qırıqlığınızı və məyusluğunuzu çox yaxşı başa düşürəm. Mən sizin
narazılığınızı başa düşürəm, çünki sizin rifahınız əhəmiyyətli
dərəcədə yaxşılaşdırılmayıb. Bəzi məmurların xalqın deyil,
özlərinin qeydinə qalmasına görə narazı olduğunuzu başa düşürəm.
Siz narazısınız, çünki bugünkü hökumətin ədaləti bərpa edə
bilmədiyini düşünürsünüz. Bir çoxunuz qəzəblənib, belə ki, zorakı
rejimə qayıtmaq təhlükəsinə imkan yaradırıq.” – İvanişvili
bildirib.
İvanişvili video müraciətdə "doqquz illik
rejim" və "Gürcü Arzusunun nailiyyətləri" haqqında danışmaq
istəmədiyini bildirib.
"Bu gün vətənimiz yenə də tarixi
yolayrıcındadır. Yanlış qərar vermə riski yüksəkdir, lakin eyni
zamanda bu yeni imkanlar, yenilənmə üçün ən yaxşı fürsətdir. Mən
bir neçə ay əvvəl siyasətə qayıtmaq məcburiyyətində qaldım, çünki
problemlərin dərinləşdiyini görürdüm və reaksiya vermək üçün heç
bir təsirli mexanizm yox idi, amma insanların bu problemləri daha
aydın və dərindən gördüyü aydın oldu. Bu gün mən sizinlə
razılaşmaya bilmərəm, amma bir şeyi nəzərə almaq lazımdır: bizim
qarşımızdakı siyasi partiya deyil. Bizim qarşımızdakılar təəssüf ki
qisas almağa köklənmiş zorakılardır. Biz bir imtahan qarşısındayıq
və biz bu imtahandan keçəcəyik”. – “Gürcü Arzusu”nun sədri
deyib.
İvanişvilinin sözlərinə görə, əgər "Gürcü
arzusu" xalq üçün faydalı deyilsə, ilk növbədə o, özü "arzuya"
qarşı çıxacaq. O, rəqiblərini "saxta kampaniyalar" hazırlamaqda,
həmçinin yalan vəd verməkdə ittiham edib.
Bidzina İvanişvilinin fikrincə, Gürcüstanda
“heç vaxt inkişafın belə stabil illəri olmayıb”, amma yoxsulluq
əsas problem olaraq qalmaqdadır. İqtidar komandasının sədri
həmçinin bildirib ki, təqaüdləri və məcburi köçkünlərə yardımı,
eləcə də kadr siyasətini nəzərdən keçirməlidir və gənclərə daha
geniş imkanlar verilməlidir.
"Bir il ərzində hakimiyyətdəki bütün
çatışmazlıqları düzəltmək və ölkənin inkişafının sarsılmaz olması
üçün bütün imkanlarımdan istifadə etməyi öhdəmə götürürəm. Əsas
odur ki, ölkənin hakimiyyətinə və ayrı-ayrı məmurlara qəzəblənmiş
xalq hakimiyyəti cəzalandırmaq məqsədilə öz ölkəmizivə öz
gələcəyimizi cəzalandırmayaq və 2012-ci ildə həyat verdiyimiz hər
şeyi suya tökməyək", - Bidzina İvanişvili bildirib.