28 noyabr: Gürcüstan prezidenti seçkilərinin ikinci turu keçirilir

Bu gün, 28 noyabr tarixində Gürcüstan prezidenti seçkilərinin ikinci turu keçirilir.



28 noyabr seçkilərində prezidentlik uğrunda 2 namizəd – Qriqol Vaşadze və Salome Zurabişvili mübarizə aparır.

Bu namizədlər seçkinin birinci turunda seçici səsini ən çox toplayan namizədlərdir. Ancaq qələbə üçün yetərli (seçkilərdə elan olunmuş seçici sayından 50%-dən artıq) səs toplaya bilməyiblər.

“Gürcü Arzusu”nun dəstəklədiyi namizəd Salome Zurabişvili birinci turda 38,64%, Birləşmiş Müxalifətin namizədi Qriqol Vaşadze isə 37,74% səs toplamışdır.

Qanunvericiliyə əsasən prezident seçkilərin ikinci turunda ən çox səs toplayan namizəd olacaq.

3 milyon 528 min 658 seçicinin 3 703 seçki məntəqəsidə səs vermək imkanı var. Bu məntəqələrdən 55-i xaricdə, 11-i isə istisna hallar üçün yaradılmış məntəqədir.

Seçicilər 28 oktyabrda açılmış seçki məntəqələrində səs verəcəklər.

Seçicilər saat 20:00-a qədər səs verə bilərlər. Bu zaman seçki məntəqləri bağlanacaq. Xaricdə açılan seçki məntəqələri əlavə vaxt ərzində çalışacaqlar və səs vermə prosesi davam edəcək. Bu ölkələrdə seçki prosesi yerli vaxtla 24:00-a qədər davam edəcək.

Əfqanıstanda xidmət göstərən gürcü hərbçilər isə 26 noyabrda səsvermədə iştirak ediblər. “Onların səsi 28 noyabrda Gürcüstanda səsvermənin başa çatmasından sonra MSK-da sayılacaq”- MSK-dan bildirilir.

MSK-nın məlumatına görə, seçiciyə bir seçki bülleteni veriləcək, seçici istədiyi namizədin seçki nömərsini dairəyə almalıdır.

“Birdən çox namizədin nömrəsi, hamısı və ya heç biri dairəyə alınmayıbsa belə bülleten etibarsız hesab olunacaq və səs sayılmayacaq”.

MSK-nın məlumatına görə, seçki dairələrinə artıq bülletenlər verilib və bülletenlər gürcü, erməni və azərbaycan dilində çap olunub.

MSK-nın məlumatına görə, 28 noyabr seçkiləri üçün qeydiyyatdan keçmiş və müşahidı aparacaq seçki subyektlərinin sayı 17 000-ə qədər nümayəndədir. 48 000-dən çox yerli və 1300-dən çox xarici müşahidəçi qeydiyyatdan keçib. Seçki prosesini 2300-ə qədər jurnalist işıqlandıracaq.

 

Print Email
FaceBook Twitter Google