Qızılhacılı 49 saylı seçki məntəqəsində qanun pozuntusu olub
Gənc Hüquqşünaslar Assosiasiyasının müşahidə missiyasının saat 10 üçün olan məlumatları.

Gənc Hüquqşünaslar Assosiasiyasının sədri Sulxan Saladzenin dediyinə görə, səsvermə əsasən sakit şəraitdə keçir.
“Bu vaxt üçün gizlilik və seçicinin seçimlərinə nəzarətlə bağlı mühüm tendensiya müşahidə olunur”, - Saladze deyir.
Müşahidə qrupunun məlumatına görə, səsvermənin gizliliyinin pozulması haqqında 9 fakt qeydə alınıb.
Kaxetidə 5, Axalkalakidə 3, Zuqdididə isə 1 belə hal qeydə alınıb.
Qeydə alınan tendensiyaya əsasən seçki məntəqəsində seçicilər səsvermə kabinəsindən çıxarkən bülletenləri açaraq müşahidəçilərə və komissiya üzvlərinə kimə səs verdiyini göstərir.
Sulxan Sabadzenin dediyinə görə, Marneulidə, Qızılhacılıdakı 49 saylı məntəqədə onların müşahidəçisinə seçki prosesini izləməyə imkan vermirlər və püşkatma da qanun pozuntusu ilə həyata keçirilib.



Print Email
FaceBook Twitter Google