Zurabişvilinin nümayəndələri seçiciləri fotoşəkil olan siyahılarla qeydə alırlar

 

Gənc Hüquqşünaslar Assosiasiyasının məlumatına görə, Qldani 79, 80, 81 saylı seçki məntəqələrinin foyesində Salome Zurabişvilinin nümayəndələri səfərbər olunub. Gənc Hüquqşünaslar Assosiasiyasının məlumatına görə, onların əllərində seçiciləri fotoşəkli olan siyahılar var.
“Qeyd olunan məntəqələrə gedən seçicilər ilk öncə onların siyahısında qeydə alınırlar və bundan sonra seçicilər seçki məntəqəsinə daxil olurlar. Həmin şəxslər həmin binada olan otaqlardan birini iş otağı kimi istifadə edirlər”, - təşkilatdan bildirirlər.
Gənc Hüquqşünaslar Assosiasiyasının məlumatına görə, analoji olaraq seçicilərin qeydə alınması 37, 38 və 40 saylı məntəqələrdə də qeydə alınıb.
Digər prosedur pozuntulara gəldikdə isə, Gənc Hüquqşünaslar Assosiasiyasının məlumatına görə, Axalkalaki 69 saylı seçki məntəqəsi gec açılıb. Krtsanisidəki 11 saylı, Axalkalakidəki 2, 12, 16, 63 saylı və Axmetadakı 6 saylı seçki məntəqələrinə Gənc Hüquqşünaslar Assosiasiyasının müşahidəçilərini buraxmırdılar. MSK-nın işə qarışmasından sonra təşkilatın müşahidəçilərini məntəqəyə buraxıblar.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google