Gənc Hüquqşünaslar Assosiasiyasının
məlumatına görə, Qldani 79, 80, 81 saylı seçki məntəqələrinin
foyesində Salome Zurabişvilinin nümayəndələri səfərbər olunub. Gənc
Hüquqşünaslar Assosiasiyasının məlumatına görə, onların əllərində
seçiciləri fotoşəkli olan siyahılar var.
“Qeyd olunan məntəqələrə gedən seçicilər ilk
öncə onların siyahısında qeydə alınırlar və bundan sonra seçicilər
seçki məntəqəsinə daxil olurlar. Həmin şəxslər həmin binada olan
otaqlardan birini iş otağı kimi istifadə edirlər”, - təşkilatdan
bildirirlər.
Gənc Hüquqşünaslar Assosiasiyasının
məlumatına görə, analoji olaraq seçicilərin qeydə alınması 37, 38
və 40 saylı məntəqələrdə də qeydə alınıb.
Digər prosedur pozuntulara gəldikdə isə, Gənc
Hüquqşünaslar Assosiasiyasının məlumatına görə, Axalkalaki 69 saylı
seçki məntəqəsi gec açılıb. Krtsanisidəki 11 saylı, Axalkalakidəki
2, 12, 16, 63 saylı və Axmetadakı 6 saylı seçki məntəqələrinə Gənc
Hüquqşünaslar Assosiasiyasının müşahidəçilərini buraxmırdılar.
MSK-nın işə qarışmasından sonra təşkilatın müşahidəçilərini
məntəqəyə buraxıblar.