Mənim seçimim təbəssümlü Gürcüstandır – Salome Zurabişvili
Prezidentliyə namizəd Salome Zurabişvili ikinci tur çərçivəsində artıq səs verib. Onun dediyinə görə, səsini “təbəssümlü Gürcüstan”a verib.

“Mən öz səsimi ən Avropalı namizədə səs verdim. Mənim seçimim dinc Gürcüstandır, mənim seçimim vahid Gürcüstandır, mənim seçimim sakit Gürcüstandır, mənim seçimim təbəssümlü Gürcüstandır”, - Salome Zurabişvili səs verdikdən sonra bildirib.
Gürcüstan vətəndaşları bu gün, 28 noyabr tarixində prezidentliyə namizədlər Salome Zurabişvili və Qriqol Vaşadze arasında seçim edəcəklər.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google