Mərkəzi Seçki Komissiyasının ilkin nəticələri - Salome Zurabişvili 59.54%, Qriqol Vaşadze 40.46%
Mərkəzi Seçki Komissiyasının yayımladığı ilkin nəticələrə görə, seçki məntəqələrinin 99.92%-nin nəticələri hesablanıb və bu nəticələrə əsasən əsasən, Salome Zurabişvili 59.54% səs toplayıb, Qriqol Vaşadzeyə isə seçicilərin 40.46%-i etimad göstərib.
Bu nəticələr görə, prezident seçkilərini ikinci turunda “Gürcü Arzusu”-nun dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili qalib gəlib.

Mərkəzi Seçki Komissiyasının vebsəhifəsində yayımlanan nəticələrə görə, Zurabişvili səslərin 59.56%-ni yığıb ki, bu da 1 147 106 səs deməkdir.  Birləşmiş Müxalifət “Güc Birlikdədir”in namizədi Qriqol Vaşadze isə 779 614 səs toplayıb ki, bu da seçicilərin 40.44%-i deməkdir.

Bu vaxta qədər 3705 seçki məntəqəsindən 3691-in nəticələri hesablanıb.

“Marneuli” radiosu


Print Email
FaceBook Twitter Google