Mərkəzi Seçki Komissiyasının yayımladığı ilkin nəticələrə görə, Marneulidə Birləşmiş Müxalifət “Güc Birlikdədir” hərəkatının namizədi Qriqol Vaşadze 41.92% səs toplayıb ki, bu da 21 267 seçiciyə bərabərdir. “Gürcü Arzusu”nun dəstəklədiyi müstəqil namizəd Salome Zurabişviliyə isə 29 463 seçici etimad göstərib ki, bu da 58.08% deməkdir.
Qeyd olunan nəticələrə görə, Marneulidə yerləşən 90 məntəqənin hamısının nəticələri hesablanıb.