Gürcüstan prezidenti Qiorqi Marqvelaşvili seçkilərlə bağlı brifinq keçirib

Gürcüstan Prezidenti Qiorqi Marqvelaşvili prezident seçkilərinin ikinci turu ilə bağlı brifinq keçirib.


“Gürcüstan vətəndaşları!

Seçkilərdə fəal iştirak etdiyiniz üçün sizə təşəkkür edirəm. Sizin belə yüksək fəallığınız aydın şəkildə göstərdi ki, prezidenti seçmək sizin üçün prinsipal vətəndaşlıq borcunu yerinə yetirməyin mühüm təcrübəsidir. Öz işlərini yüksək peşəkarlıqla həyata keçirən müşahidəçi missiyalara da təşəkkür edirəm. Bundan başqa, bu seçkiləri intensiv şəkildə və peşəkarlıqla işıqlandıran mətbuata ta təşəkkür edirəm.

Dünənki seçkiləri müşahidə edərək, həmçinin müşahidəçi təşkilatların dəyərləndirmələrini analiz edərək ikinci turda demokratik seçkilərin keyfiyyətinin kəskin şəkildə aşağı düşməsi ilə bağlı narahatlığımı bildirirəm və birmənalı olaraq demək istəyirəm ki, Gürcüstanda belə standartda seçkilər bir daha keçirilməməlidir.

Gürcüstanın seçilmiş beşinci prezidenti Salome Zurabişvilini təbrik edir, uğurlar arzulayıram və demək istəyirəm ki, Salome xanım məsul şəxsi elan edən kimi, biz inzibati baxımdan işlərin təhvil verilməsində, andiçmə mərasimin təşkil olunmasında əməkdaşlığa hazırıq. Allah bizim vətənimiz Gürcüstanı qorusun və prezidentimizi güclü etsin.”

"Marneuli" radiosu

 

Print Email
FaceBook Twitter Google