Gürcüstan prezidenti Qiorqi Marqvelaşvili seçkilərlə bağlı brifinq keçirib
15:24 / 29.11.2018
Gürcüstan Prezidenti Qiorqi Marqvelaşvili
prezident seçkilərinin ikinci turu ilə bağlı brifinq
keçirib.
“Gürcüstan vətəndaşları!
Seçkilərdə fəal iştirak etdiyiniz üçün sizə təşəkkür edirəm. Sizin
belə yüksək fəallığınız aydın şəkildə göstərdi ki, prezidenti
seçmək sizin üçün prinsipal vətəndaşlıq borcunu yerinə yetirməyin
mühüm təcrübəsidir. Öz işlərini yüksək peşəkarlıqla həyata keçirən
müşahidəçi missiyalara da təşəkkür edirəm. Bundan başqa, bu
seçkiləri intensiv şəkildə və peşəkarlıqla işıqlandıran mətbuata ta
təşəkkür edirəm.
Dünənki seçkiləri müşahidə edərək, həmçinin müşahidəçi
təşkilatların dəyərləndirmələrini analiz edərək ikinci turda
demokratik seçkilərin keyfiyyətinin kəskin şəkildə aşağı düşməsi
ilə bağlı narahatlığımı bildirirəm və birmənalı olaraq demək
istəyirəm ki, Gürcüstanda belə standartda seçkilər bir daha
keçirilməməlidir.
Gürcüstanın seçilmiş beşinci prezidenti Salome Zurabişvilini təbrik
edir, uğurlar arzulayıram və demək istəyirəm ki, Salome xanım məsul
şəxsi elan edən kimi, biz inzibati baxımdan işlərin təhvil
verilməsində, andiçmə mərasimin təşkil olunmasında əməkdaşlığa
hazırıq. Allah bizim vətənimiz Gürcüstanı qorusun və prezidentimizi
güclü etsin.”