Bu səhər ilk olaraq məni təbrik edən patriarx oldu – Zurabişvili
MSK-nın ön nəticələrinə əsasən Gürcüstan prezidenti olan Salome Zurabişvili bu gün provoslav kilsəsinin patriarxı İkinci İliya ilə görüşüb. Zurabişvilinin sözlərinə görə, görüşdə Sinodun başqa üzvləri də iştirak edirlərmiş .

“Bu səhər ilk olaraq məni patriarx təbrik etd və görüşə çağırdı. Görüşdə sinodun böyük hissəsi iştirak edirdi.
Bu mənim üşün yalnız böyük hörmət deyil, həm də Gürcüstan prezidenti olduğumu hiss etdiyim məqam idi və yeni seçilmiş prezident kimi söhbətim oldu”- bildirib Salome Zurabişvili.

Zurabişvilinin bəyanatına görə, İkinci İliya ilə cəmiyyətin necə seçim etməsini müzakirə ediblər. Onun sözlərinə görə, cəmiyyət sakit və sülh içində olan gələcəyi seçdi və buna onun özü şəxsən cavabdehdir.



Print Email
FaceBook Twitter Google