Farnsanın Xarici İşlər Nazirliyi Salome Zurabişvilini prezident
seçkilərində qalib gəlməsinə görə təbrik edib. Nazirlik tərəfindın
yayımlanan bəyanatda yazılıb ki, Fransa yeni seçilmiş prezidentlə
əməkdaşlıq etməyə hazır olduğunu bildirir
.
“Yeni seçilmiş prezident beynəlxalq tanına sərhəddlər çərçivəsində
Gürcüstan süverenliyi və ərazi bütövlüyünə dəstək baxımından bizə
ümid bəsləyə bilər” – deyilir Fransa Xarici İşlər Nazirliyinin
bəyanatında.
Ön məlumata görə, birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze
səslərin 40,48%-ni (780 633), idarəçi komanda tərəfindən
dəstəklənən Salome Zurabişvili isə 59,52% (1 147 627) səs
toplayıb.