Azərbaycanda həbs olunmuş Mirtağı Əsədovu seçkilərdən bir gün sonra azadlığa buraxıblar
"Ümum Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin" sədri şeyx Mirtağı Əsədov həbsdən azad olunub .
Təxminən üç həftə ərzində o, həbsdə olub. Onun həbs olunmasına bir çox QHT-lər reaksiya göstərmişdi. Onların dəyərləndirməsinə görə, Əsədov əsassız həbs olunmuşdu. Həbsin real səbəbi nə təşkilatlara, nə də ailəsinə məlum deyildi.

Azərbaycan Respublikası Əsədovu kiçik xuliqanlıq törətməkdə ittiham edirdi.

Azadlığa buraxılma haqqında məlumatı Əsədovun həyat yoldaşı Şəhanə Əsədova da təsdiq edib və “Marneuli” radiosu ilə söhbəti zamanı qeyd edib ki, məhkəmə prosesi Azərbaycanda bu gün baş tutub və Mirtağı Əsədovun ilkin həbs məsələsini müzakirə edilib. Məhkəmənin qərarına əsasən şeyx Mirtağı azadlığa buraxılıb.

Şəhanəyə hələ də Mirtağı Əsədovu niyə həbs etdikləri və nə üçün 30 günlük ilkin həbsin başa çatmasına bir həftə qalmış, Gürcüstanda keçirilən seçkilərdən bir gün sonra onun azad edilməsi məlum deyil.

Şəhanə Əsədovanın sözlərinə görə, onun həyat yoldaşı artıq ailəsi ilə birlikdədir və özünü çox yaxşı hiss edir.

Xatırladaq ki, "Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin" sədri, şeyx Mirtağı Əsədov Azərbaycan Respublikasının sərhəd keçid məntəqəsində 7 noyabrda saxlanılmışdı və ona Azərbaycan Respublikasında 30 günlük həbs cəzası verilmişdi.

Ola bilsin onun həbsi Gürcüstanda şiə müsəlmanlarının hüquqları və dini icmaların hüquq bərabərliyi üçün mübarizə aparması ilə bağlıdır.


Təzyiqlər altında etiraf – Azərbaycan məhkəməsi Seyid Mirtağı Əsədovun 30 günlük həbsini qüvvədə saxladı

Xarici İşlər Nazirliyinin Azərbaycanda saxlanılmış Mirtağı Əsədovla bağlı şərhi

Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədrinin Mirtağı Əsədovun saxlanılması ilə bağlı məlumatı yoxdur

Mirtağı Əsədov rəsmi olaraq ittiham irəli sürülməsini, qeyri-hökumət təşkilatları isə hakimiyyətin reaksiyasını gözləyirlər

Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbəri Mirtağı Əsədovu Azərbaycanda indiyə qədər müəyyən olmayan səbəbdən saxlayıblar

Mirtağı Əsədovun başçılığı ilə Kvemo Kartli quberniyasına cavab video çarxı hazırlandı

Bir gücün əlində cəmlənən haqqlar digərlərinə də verilməlidir - Mirtağı Əsədov
Print Email
FaceBook Twitter Google