Mixeil Saakaşvili rəsmi Facebook
səhifəsində yeni müraciət yayımlayıb və "indi çox danışmaq zamanı
deyil və həlledici mübarizə dövrü çatıb" deyə Birləşmiş
Müxalifətin dəstəkçilərinə müraciət edib. indi çox danışmaq zamanı
deyil və həlledici mübarizə dövrü çatıb.
“Xalqa demək istəyirəm ki, indi matəm vaxtı deyil. İndi
təşkilatçılığın və mübarizəni davam etdirməyin zamanıdır. Biz öz
vətənimizi itiririk. Belə ki, əminəm indi yalnız əllərimizi aşağı
salmaq vaxtı deyil, həlledici dövr çatır: saat 18:00-da
filarmoniyada Birləşmiş Müxalifət müzakirə aparacaq və mən də
hələlik skype ilə qoşulacağam. Hamı bir yerdə düşünək və
bundan sonra hara
gedəcəyimizə dəqiq qərar verək”- Gürcüstanın üçüncü
prezidenti dəstəkçilərinə müraciət edib.
Bu gün, Tbilisi vaxtı ilə saat 18:00-da Birləşmiş Müxalifətin
üzvləri və dəstəkçiləri Tbilisinin konsert zalına toplaşacaqlar.
Qriqol Vaşadze və başqa liderlər öz planlarını dəstəkçilərə
filarmoniyada təqdim edəcəklər.
Ön məlumata görə, birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze
səslərin 40,48%-ni (780 633), idarəçi komanda tərəfindən
dəstəklənən Salome Zurabişvili isə 59,52% (1 147 627) səs
toplayıb.