Müxalif siyasətçi dünyasını dəyişib
Müxalif siyasətçi Nika Rurua evində ölmüş vəziyyətdə tapılıb. Məlumatı “Netgazeti”yə VMH-dan da təsdiqləyiblər.

“Rustavi 2”-nin məlumatına görə, onun ürəktutmasından dünyasını dəyişdiyi güman olunur.

Təcili tibbi yardımdan “Netgazeti”yə bildiriblər ki, onların ekipajı siyasətçinin evinə getdikdə o artıq dünyasını dəyişibmiş. “Rustavi 2”-nin məlumatına görə, təcili yardımı Ruruanın anası çağırıb.

Onun 50 yaşı var idi.

Nika Rurua 50-ci çağırış Gürcüstan Parlamentinin üzvü olub, bundan başqa 2009-2012-ci illərdə mədəniyyət naziri vəzifəsində çalışıb.

Print Email
FaceBook Twitter Google