VİDEO - Müxalifət Rustavelidə etiraz aksiyasına başlayır
“Vahid Milli Hərəkat”ın üzvləri bu dəqiqələrdə Rustavelidə etiraz aksiyasına hazırlaşırlar.
Evladı öldrülən atalar tərəfindən açılan çadırlardan əlavə parlament binasının qarşısına üzərinə “Salomeyə yox” yazılmış iki yeni çadır aparıblar.

“Vahid Milli Hərəkatın” üzvü Levan Xabeişvilinin sözlərinə görə çadırların yenə artırılması planlaşdırılır və müxalifət dağılmağı planlaşdırmır.

“Bu gün dağılmağı planlaşdırmırıq. Oğurlanmış seçkilərə etiraz etməyi planlaşdırırıq. Burada çadır qururuq və vətəndaşlarımızı da çağırırıq ki, gəlsinlər etiraz etsinlər. Mübarizənin konstitusiyada nəzərdə tutulmuş üsuluna keçirik – permanent küçə aksiyaları, etiraz olacaq. Tələb budur ki, təcili surətdə seçki sistemi dəyişsin və seçkiləri beynəlxalq müşahidəçilər və QHT təşkilatlarından təşkil olunmuş qruplar keçirsin. Vaxtından əvvəl parlament seçkiləri təyin olunmalıdır” - bildirib Xabeişvili.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google