VİDEO - Müxalifət Rustavelidə etiraz aksiyasına başlayır
21:40 / 16.12.2018
“Vahid Milli Hərəkat”ın üzvləri bu dəqiqələrdə
Rustavelidə etiraz aksiyasına hazırlaşırlar.
Evladı öldrülən atalar tərəfindən açılan çadırlardan əlavə
parlament binasının qarşısına üzərinə “Salomeyə yox” yazılmış iki
yeni çadır aparıblar.
“Vahid Milli Hərəkatın” üzvü Levan Xabeişvilinin sözlərinə görə
çadırların yenə artırılması planlaşdırılır və müxalifət dağılmağı
planlaşdırmır.
“Bu gün dağılmağı planlaşdırmırıq. Oğurlanmış seçkilərə
etiraz etməyi planlaşdırırıq. Burada çadır qururuq və
vətəndaşlarımızı da çağırırıq ki, gəlsinlər etiraz etsinlər.
Mübarizənin konstitusiyada nəzərdə tutulmuş üsuluna keçirik –
permanent küçə aksiyaları, etiraz olacaq. Tələb budur ki, təcili
surətdə seçki sistemi dəyişsin və seçkiləri beynəlxalq
müşahidəçilər və QHT təşkilatlarından təşkil olunmuş qruplar
keçirsin. Vaxtından əvvəl parlament seçkiləri təyin
olunmalıdır” - bildirib Xabeişvili.