Gürcüstanın Baş naziri Mamuka Baxtadze Ermənistan Respublikasının Prezidenti Armen Sarkisyanla görüşüb
Görüş zamanı iki ölkə arasında
yaxın qonşuluq münasibətləri və müxtəlif sahələrdə uğurlu
əməkdaşlıqların olduğu vurğulanıb.
Baş nazir Ermənistan prezidentinə, prezidentin andiçmə mərasimində
iştirakına görə təşəkkürünü bildirdi.
Tərəflər həmçinin ticari-iqtisadi əlaqələrin inkişafı potensialını
və iki ölkənin hökumətlərarası iqtisadi komissiyası çərçivəsində
müzakirə olunan məsələləri müzakirə ediblər. Söhbət zamanı təhsil
və mədəniyyət sahəsi də vurğulanıb.
Gürcüstanın baş naziri və Ermənistan respublikasının prezidentinin
görüşü Hökümət Administrasyasının binasında
keçirilib.