Gürcüstanın Baş naziri Mamuka Baxtadze Ermənistan Respublikasının Prezidenti Armen Sarkisyanla görüşüb
Görüş zamanı iki ölkə arasında yaxın qonşuluq münasibətləri və müxtəlif sahələrdə uğurlu əməkdaşlıqların olduğu vurğulanıb.

Baş nazir Ermənistan prezidentinə, prezidentin andiçmə mərasimində iştirakına görə təşəkkürünü bildirdi.

Tərəflər həmçinin ticari-iqtisadi əlaqələrin inkişafı potensialını və iki ölkənin hökumətlərarası iqtisadi komissiyası çərçivəsində müzakirə olunan məsələləri müzakirə ediblər. Söhbət zamanı təhsil və mədəniyyət sahəsi də vurğulanıb.

Gürcüstanın baş naziri və Ermənistan respublikasının prezidentinin görüşü Hökümət Administrasyasının binasında keçirilib.

Print Email
FaceBook Twitter Google