"Gürcü Arzusu"-nun ofisində gizli görüş - Marneulinin keçmiş meri Bidzina İvanişvili ilə görüşüb
"Gürcü Arzusu"-nun məmuru, ləyaqəti təhqir
etmə və təhqiredici yanaşmada ittiham olunan Marneulinin keçmiş
meri siyasətə qayıda bilər.
Həbsxanadan girovla azad olunan Marneulinin
keçmiş meri Teymuraz Abazov "Gürcü Arzusu"-nun ofisində gizli
görüşdə olub. "Kurierin" araşdırmasına görə Temur Abazov partiya
sədri ilə şəxsən görüşüb və bu gizli görüşdə baş nazir də iştirak
edirmiş. Ofisdən çıxan partiya üzvləri Abazovun səfərini
təsdiqləmirlər.
Bələdiyyə sədri deyir ki, görüş Kaxa Kaladze ilə keçirilib.
"Bilmirəm, ofisdə görməmişəm. Bizim şəhərin meri ilə iş
görüşümüz var idi" - deyir Giorgi Tğemaladze.
Parlament çoxluğunun üzvləri Abazovun siyasətə qayıdıb
qayıtmayacağının müzakirə ediləcəyini konkret qeyd etmirlər. Eka
Beselia deyir ki, Abazovun siyasi aktivlik istəyi varsa bunu heç
kim qadağan edə bilməz.
"Bu işin hüquqi detallarını bilmirəm. Amma əgər o,
siyasi aktivlik etmək istəyirsə bu onun konstitusional hüququdur və
heç kim qadağan edə bilməz. Bu adamla bağlı heç bir söhbətim
olmayıb. Onun işində olan detalları da bilmirəm" -
deyir Eka Beselia.
Çoxluğun daha bir üzvü deyir ki, Teymuraz Abazovun başına insani
faciə gəlib. Qia Volskinin sözlərinə görə onun hərəkətləri hüquqi
normalardan kənara çıxırmış.
"Düşünmürəm ki, mövzu partiya əhatəsində müzakirə
olunsun. Amma düşünürəm ki, cinayət və pozuntu olduqca vacib
məsələdir. Bu "Gürcü Arzusuna" yaraşmır" - deyir Qia
Volski.
Mənbə:
rustavi2