Saakaşvili etiraf edib ki, seçkilərdə saxta xəbər səhifələrini onun dəstəkçiləri yaradırmışlar
Gürcüstan keçmiş prezidenti Mixeil Saakaşvili Facebook canlı yayımı zamanı etiraf edib ki, məhz onun dəstəkçiləri 2018-ci ilin prezident seçkilərində saxta kampaniyanın saxta xəbərlərini yayan səhifələri yaradırdılar. Bu səhifələrin əsas məqsədi hakimiyyət tərəfindən dəstəklənən prezidentliyə namizəd Salome Zurabişvili və “Gürcü Arzusu” və Bidzina İvanişvilinin öz idi.

Saakaşvilinin dediyinə görə, Quram Donadze belə facebook səhifələrindən biri “Rezident Salome” səhifəsinin müəllifi imiş. Buna oxşar daha bir “Qotsiləri” məsxərəyə qoyan rəsmi agentlik” adlı səhifə də var və buna VMH-la bağlı olan “Azad zona”nın aktivisti Parnaoz Ckadua rəhbərlik edirmiş.

“Kirkitadzenin həbsindən 2 gün əvvəl həbsxanadan 5 illik Quram Donadzeni buraxıblar. Onu Robakidzenin işində sübutları saxtalaşdırdığına görə, mühakimə ediblər. Əgər işdə sübutlar saxtalaşdırılıbsa kriminal polisin rəhbəri o zaman kim idisə və qaydaya əsasən kim saxtalaşdırmalı idisə ona icbari iş veriblər və mətbuat mərkəzinin rəhbəri Quram Donadzeni həbsxanadan buraxıblar. Niyə? Ona görə ki, Quram Donadze “Rezidenti Salome” səhifəsini yaratmışdı, seçki zamanı İvanişviliyə qarşı videolar yerləşdirilirdi və İvanişvili seçki dövründə Quram Donadzenin aktivliyinə cavab verib” – deyib Mixeil Saakaşvili.

Onun sözlərinə görə məhz bu motivlə Parnaoz Ckaduanı da saxlamağı planlaşdırırlar. O, qrup şəklində xuliqanlıqda və polisə qarşı müqavimət göstərmə maddəsi ilə ittiham olunub. Onu “Asaval-dasavalinin” jurnalistləri ilə 2014-cü ildə baş vermiş mübahisəyə görə mühakimə edirlər.

“25 dekabrda Parnaoz Ckaduaya cəza təyin olunub. Parnaoz Ckadua “Qotsiləri” məsxərəyə qoyan rəsmi agentlik” adlı səhifənin yaradıcısıdır. Bu bizim adamların tam təmənnasız çalışdığı yerdir və İvanişvilinin rus stilinə, çoxminyonlu facebook əməliyyatlara qarşı çıxırdı. Parnaoz Ckaduanı ona görə həbsxanaya göndərirlər ki, o, Qia Vaşadzenin kampaniyasının facebook korrdinatoru idi və o, bizim facebookda olan bütün aktivliklərimizi yerinə yetirirdi. Bu isə İvanişviliyə ciddi problemlər yaratdı” – deyir Mixeil Saakaşvili.

Mixeil Saakaşvili tərəfindən adı çəkilən facebook səhifələri 2018-ci ilin prezident seçkilərinin kampaniyası dövründə tez-tez Salome Zurabişvilini nüfuzdan salan xəbərlər yayımlayırdılar və onların yarısı saxta idi.
Məsələn, “Rezidenti Salome” səhifəsi yazırdı ki, Zurabişvili Zaza Saralidzenin saxlanılmasına haqq qazandırır və deyir ki, öldürülən Davit Saralidzenin atası “ağıl öyrənəcək”. Ancaq prezidentliyə namizəd buna oxşar söz deməyib.

Zurabişvili heç meqrel və kaxeliləri təhqir edəcək bəyanatlar da verməyib. Bu məlumatı da “Rezidenti Salome” yayımlamışdı.სალომეს” გავრცელებულია.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google