Saakaşvili etiraf edib ki, seçkilərdə saxta xəbər səhifələrini onun dəstəkçiləri yaradırmışlar
21:32 / 21.12.2018
Gürcüstan keçmiş
prezidenti Mixeil Saakaşvili Facebook canlı yayımı zamanı etiraf
edib ki, məhz onun dəstəkçiləri 2018-ci ilin prezident seçkilərində
saxta kampaniyanın saxta xəbərlərini yayan səhifələri
yaradırdılar.
Bu
səhifələrin əsas məqsədi hakimiyyət tərəfindən dəstəklənən
prezidentliyə namizəd Salome Zurabişvili və “Gürcü Arzusu” və
Bidzina İvanişvilinin öz idi.
Saakaşvilinin dediyinə görə, Quram Donadze belə facebook
səhifələrindən biri “Rezident Salome” səhifəsinin müəllifi imiş.
Buna oxşar daha bir “Qotsiləri” məsxərəyə qoyan rəsmi agentlik”
adlı səhifə də var və buna VMH-la bağlı olan “Azad zona”nın
aktivisti Parnaoz Ckadua rəhbərlik edirmiş.
“Kirkitadzenin həbsindən 2 gün əvvəl həbsxanadan 5
illik Quram Donadzeni buraxıblar. Onu Robakidzenin işində sübutları
saxtalaşdırdığına görə, mühakimə ediblər. Əgər işdə sübutlar
saxtalaşdırılıbsa kriminal polisin rəhbəri o zaman kim idisə və
qaydaya əsasən kim saxtalaşdırmalı idisə ona icbari iş veriblər və
mətbuat mərkəzinin rəhbəri Quram Donadzeni həbsxanadan buraxıblar.
Niyə? Ona görə ki, Quram Donadze “Rezidenti Salome” səhifəsini
yaratmışdı, seçki zamanı İvanişviliyə qarşı videolar
yerləşdirilirdi və İvanişvili seçki dövründə Quram Donadzenin
aktivliyinə cavab verib” – deyib Mixeil
Saakaşvili.
Onun sözlərinə görə məhz bu motivlə Parnaoz Ckaduanı da saxlamağı
planlaşdırırlar. O, qrup şəklində xuliqanlıqda və polisə qarşı
müqavimət göstərmə maddəsi ilə ittiham olunub. Onu
“Asaval-dasavalinin” jurnalistləri ilə 2014-cü ildə baş vermiş
mübahisəyə görə mühakimə edirlər.
“25 dekabrda Parnaoz Ckaduaya cəza təyin olunub.
Parnaoz Ckadua “Qotsiləri” məsxərəyə qoyan rəsmi agentlik” adlı
səhifənin yaradıcısıdır. Bu bizim adamların tam təmənnasız
çalışdığı yerdir və İvanişvilinin rus stilinə, çoxminyonlu facebook
əməliyyatlara qarşı çıxırdı. Parnaoz Ckaduanı ona görə həbsxanaya
göndərirlər ki, o, Qia Vaşadzenin kampaniyasının facebook
korrdinatoru idi və o, bizim facebookda olan bütün aktivliklərimizi
yerinə yetirirdi. Bu isə İvanişviliyə ciddi problemlər
yaratdı” – deyir Mixeil Saakaşvili.
Mixeil Saakaşvili tərəfindən adı çəkilən facebook səhifələri
2018-ci ilin prezident seçkilərinin kampaniyası dövründə tez-tez
Salome Zurabişvilini nüfuzdan salan xəbərlər yayımlayırdılar və
onların yarısı saxta idi.
Məsələn, “Rezidenti Salome” səhifəsi yazırdı ki, Zurabişvili Zaza
Saralidzenin saxlanılmasına haqq qazandırır və deyir ki, öldürülən
Davit Saralidzenin atası “ağıl öyrənəcək”. Ancaq prezidentliyə
namizəd buna oxşar söz deməyib.
Zurabişvili heç meqrel və kaxeliləri təhqir edəcək bəyanatlar da
verməyib. Bu məlumatı da “Rezidenti Salome” yayımlamışdı.სალომეს”
გავრცელებულია.