Brüsseldə işgüzar səfərdə olan Gürcüstan
prezidenti Salome Zurabişvili Avropa Şurası və Avrokomissyanın
prezidenti ilə görüşüb.
Görüşün əsas müzakirə məsələləri ölkənin
avrointeqrasiyası və Rusiya tərəfindən Gürcüstan ərazisinin işğalı
idi.
“Bu səfər kəskin və simvolik jestdir. Eyni zamanda
artıq Gürcüstanın prezident seçilən kimi üvvəyə minən yeni
konstitusiyasında təsvir olunan aşkar prioritetləri özündə əks
etdirir. Bu prioritetdə Gürcüstanın öz mədəniyyəti, öz ruhu və
identliyi ilə aid olduğu Avropaya inteqrasiya nəzərdə
tutulur” – birgə mətbuat konfransında
Avrokomissiyanın prezidenti Jan Klod-Yunkerlə görüşdən sonra qeyd
edib Salome Zurabişvili.
Prezident Avro birliyin siyasi dəstəyi və işğal xəttində Avropa
İttifaqının müşahidəçilik missiyasının olması rolundan da
danışıb.
“Bu missiya onlarda (əhalidə) təhlükəsizlik hissini
gücləndirir, bizdə isə hakimiyyətdə və ümumilikdə Gürcüstan
əhalisində yalnız Avropa Birliyinin fiziki olaraq yanımızda olması
hissini deyil, həm də Gürcüstanın ərazi bütövlüyünə dəstək
baxımından olan hisslərimizi də gücləndirir” – qeyd
edib Zurabişvili.
O, Jan-Klod Yunkeri Batumiyə “Şərq tərəfdaşlığı”nın 10 illiyinə
həsr olunmuş konfransa iştirak etmək üçün dəvət edib.
Öz növbəsində Yunker Gürcüstanın Avropa Birliyinə sürətlə
addımlamasını da diqqətə yetirib və Avropa Birliyi tərəfindən
ölkənin iqtisadi və ərazi bütövlüyünə dəstək haqqında danışıb. O,
viza liberalizasiyanın ikitərəfli əlaqələrdəolan əhəmiyyətindən
söhbət açıb.
“Qeyd edim ki, biz bu böyük millət haqqında düşünərkən,
bizim Gürcüstana qarşı dostluq, qardaşlıq yanaşmamız var. Biz
Gürcüstanla müxtəlif istiqamətlərdə əməkdaşlığımızı inkişaf
etdiririk” – deyib o.
Həmin məsələlərlə bağlı Salome Zurabişvili və Avropa Şurasının
prezidenti Donald Tuskinin görüşündə söhbət açılıb. Avropa
Şurasının prezidenti Gürcüstan ərazi bütövlüyünə qarşı dəstəyini
yenidən təsdiqləyib və assosiasiya sazişinin növbəti tərəqqisini
diqqətə yetirib.
“Bir daha Avropa İttifaqının Assosiasiya sazişi
çərçivəsində bizim əməkdaşlığımızı gücləndirməsini təsdiq etdim.
Saziş bizim vətəndaşlara vacib fayda gətirdi və onun potensialı var
ki, Gürcüstanı sosial, iqtisadi, siyasi və instutisional
davamlılıqda gücləndirsin” – deyib o.
Prezidentin mətbuat xidmətinin məlumatına görə Donald Tuski eləcə
də “Şərq Tərəfdaşlığı”nın 10 illiyinə həsr olunacaq konfransda
iştirak edəcək.
Salome Zurabişvili Brüsseldə iş səfəri çərçivəsində, eləcə də
Avropa Parlamentinin sədri Antonio Taiani, Avropa Birliyinin Ali
nümayəndəsi Federika Moqerini və Avrokomissarlar - Dimitris
Avramopolus və İohanes Hansla görüşüb.