Avrointeqrasiya və işğal - Zurabişvilinin Brüsselə səfəri

Brüsseldə işgüzar səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvili Avropa Şurası və Avrokomissyanın prezidenti ilə görüşüb.

Görüşün əsas müzakirə məsələləri ölkənin avrointeqrasiyası və Rusiya tərəfindən Gürcüstan ərazisinin işğalı idi.

“Bu səfər kəskin və simvolik jestdir. Eyni zamanda artıq Gürcüstanın prezident seçilən kimi üvvəyə minən yeni konstitusiyasında təsvir olunan aşkar prioritetləri özündə əks etdirir. Bu prioritetdə Gürcüstanın öz mədəniyyəti, öz ruhu və identliyi ilə aid olduğu Avropaya inteqrasiya nəzərdə tutulur” – birgə mətbuat konfransında Avrokomissiyanın prezidenti Jan Klod-Yunkerlə görüşdən sonra qeyd edib Salome Zurabişvili.

Prezident Avro birliyin siyasi dəstəyi və işğal xəttində Avropa İttifaqının müşahidəçilik missiyasının olması rolundan da danışıb.

“Bu missiya onlarda (əhalidə) təhlükəsizlik hissini gücləndirir, bizdə isə hakimiyyətdə və ümumilikdə Gürcüstan əhalisində yalnız Avropa Birliyinin fiziki olaraq yanımızda olması hissini deyil, həm də Gürcüstanın ərazi bütövlüyünə dəstək baxımından olan hisslərimizi də gücləndirir” – qeyd edib Zurabişvili.

O, Jan-Klod Yunkeri Batumiyə “Şərq tərəfdaşlığı”nın 10 illiyinə həsr olunmuş konfransa iştirak etmək üçün dəvət edib.

Öz növbəsində Yunker Gürcüstanın Avropa Birliyinə sürətlə addımlamasını da diqqətə yetirib və Avropa Birliyi tərəfindən ölkənin iqtisadi və ərazi bütövlüyünə dəstək haqqında danışıb. O, viza liberalizasiyanın ikitərəfli əlaqələrdəolan əhəmiyyətindən söhbət açıb.

“Qeyd edim ki, biz bu böyük millət haqqında düşünərkən, bizim Gürcüstana qarşı dostluq, qardaşlıq yanaşmamız var. Biz Gürcüstanla müxtəlif istiqamətlərdə əməkdaşlığımızı inkişaf etdiririk” – deyib o.

Həmin məsələlərlə bağlı Salome Zurabişvili və Avropa Şurasının prezidenti Donald Tuskinin görüşündə söhbət açılıb. Avropa Şurasının prezidenti Gürcüstan ərazi bütövlüyünə qarşı dəstəyini yenidən təsdiqləyib və assosiasiya sazişinin növbəti tərəqqisini diqqətə yetirib.

“Bir daha Avropa İttifaqının Assosiasiya sazişi çərçivəsində bizim əməkdaşlığımızı gücləndirməsini təsdiq etdim. Saziş bizim vətəndaşlara vacib fayda gətirdi və onun potensialı var ki, Gürcüstanı sosial, iqtisadi, siyasi və instutisional davamlılıqda gücləndirsin” – deyib o.

Prezidentin mətbuat xidmətinin məlumatına görə Donald Tuski eləcə də “Şərq Tərəfdaşlığı”nın 10 illiyinə həsr olunacaq konfransda iştirak edəcək.

Salome Zurabişvili Brüsseldə iş səfəri çərçivəsində, eləcə də Avropa Parlamentinin sədri Antonio Taiani, Avropa Birliyinin Ali nümayəndəsi Federika Moqerini və Avrokomissarlar - Dimitris Avramopolus və İohanes Hansla görüşüb.

 

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər