Məkətəblərdə birinci sinfə qeydiyyat bugündən başladı.
Marneuli rayonunun Tsereteli kəndinin ictimai məktəbinin direktoru
Marina Maçaraşvili bizimlə söhbətində bildirir ki, 2018-2019-cu
tədris ilininin başlanmasını onlar xüsusilə gözləyirlər. Belə ki,
yeni dərs ilini onlar yeni mühitdə qarşılayacaqlar. Maçaraşvili
deyir ki, birinci sinfə qəbul ediləcək şagirdlərin sayı 100-ə qədər
artırılıb.
"2018-2019-cu illər üçün birinci siniflərin
qeydiyyatına başlanıldı. Sereteli kənd ictimai məktəbi yeni tədris
ilinə xüsusən hazırlaşır. Çünki məktəb yüzilliklərin çağırış
fondunun layihəsinə qoşulmuşdu. Tam yeni təmirdən çıxmış binaya
daxil olacağıq. Laboratoriya, digər köməkçi otaqlar, hər bir
təchizat olacaq. Ona görə də inidyə kimi 600 nəfər birinci sinif
şagirdi qəbul etməyə limit var idi. Gələn ildən isə 100 nəfər
artacaq. Yeni ümidlərlər şagirdləri gözləyirik" -deyə
Marina Maçaraşvili
bildirdi.
Biz Marneulinin bir neçə məktəbi ilə əlaqə saxladıq. Misal üçün, 2
saylı məktəbin direktoru Şorena Xuxua 200 nəfər şagird qəbul etmək
imkanları var. Bunlardan 100 nəfər gürcüdilli bölmə, 100 nəfər isə
rusdilli bölməyə qəbul ediləcək. Bu vaxta qədər isə ilk mərhələdə
artıq 48 ərizə qəbul olunub. Saimerlo ictimai məktəbinin direktoru
Nino Mtvarelidze deyir ki, bu il 50 şagird qəbul etmək imkanları
var.
Birinci siniflərə qeydiyyat üç mərhələdə həyata keçirilir. Birinci
mərhələdə qeydiyyat məktəbdə həyata keçirilir. Məktəbdə
qardaş-bacısı eyni məktəbdə oxuyan uşaqlar və ya valideyni məktəbdə
çalışanlar qeydiyyatdan keçirlər. Həmçinin, əgər ailədən iki və
daha artıq uşaq birinci sinfə daxil olursa, onlar da məktəbdə
qeydiyyatdan keçirlər.
İkinci mərhələ elektronqeydiyyatı nəzərdə tutur və məktəb yaşına
çatmış hər bir uşaq qeydiyyatdan keçə bilər. Qeydiyyat Təhsilin
İdarəsi Məlumat Sisteminin rəsmi veb səhifəsində həyata
keçirilir.
Üçüncü mərhələdə qeydiyyat məktəbdə həyata keçirilir. II mərhələ
başa çatdıqdan sonra boş qalmış yerlərə şagirdin qeydiyyatı üçün
lazım olan sənədlər əsasında qeydiyyat aparılır.
Edu.aris.ge səhifəsində şagirdlərin ümumtəhsil məktəblərinin 1-ci
sinfinə qeydiyyatı üçün lazımi sənədlərin siyahısı qeyd olunub:
• Şagirdin qanuni nümayəndəsinin ərizəsi. Ərizədə qanuni
nümayəndənin yaşayış yeri və telefon nömrəsi barədə məlimat qeyd
olunmalıdır.
• Doğum haqqında şəhadətnamənin və ya şəxsiyyəti təsdiq edən
sənədin surəti.
• Dövlət Xidmətləri İnkişafı Agentliyinin və ya onun ərazi
orqanları tərəfindən şagirdə verilmiş və ona şəxsiyyət nömrəsinin
verilməsini təsdiqləyən sənəd.
• Məktəbin əlavə olaraq şagirdin fotoşəkli və ya başqa sənədin
təqdim olunmasını tələb etmə hüququ var.
2018-2019-cu tədris ili 17 sentyabr tarixində başlayacaq.
"Marneuli" Radiosu