Gürcüstanın Təshil və Elm naziri Mixeil Çxenkelinin bəyənatına
görə, baş nazirin idman aktivliklərinə qoşulan adamların sayının
artırılması və sağlam həyat tərzinin əsasının qoyulmasının vacibatı
haqqında təşəbbüsü istiqamətində layihələr daha da gücləndiriləcək.
Bu nazirliyin prioritetlərindən biridir.
Nazirin sözlərinə görə, bizim övladlarımızın tam və harmoniya
içində böyüməsi, nəzəri biliklə və intellektual bacarıqların
inkişafı ilə yanaşı onların fiziki inkişafını və sağlam həyat
tərzini də nəzərdə tutur. Ona görə də hökumət başısının sağlam
həyat tərzinin məşhurlaşdırılmasının ölkə protlərindən biri
olmasına çağırış əhəmiyyətlidir.
İdman tədbirlərinin maliyyələşdirilməsi iki qat artıb. Məktəb diman
olimpiadası, Gürcüstan Təhsil və Elm nazirliyi, milli səviyyədə
tədbirlər keçirəcək və bütün Gürcüstanı əhatə edəcək. Kütləvi
fiziki və idman aktivliklərinə 1700-dən çox şagird qoşulacaq.
Məktəb şagirdlərinin iştirakı ilə 8000-dən çox yarış baş tutacaq.
Yerli olimpiadalarda qalib gələn şagirdlər beynəlxalq məktəblərin
idman yarışlarına iştirak edəcəklər.
Məktəblərarası, bələdiyyə, regional, zona və yekun yarışların
təşkili 9 növ üzrə həyata keçiriləcək və fiziki aktivliklər üzrə
olacaq, konkret olaraq: Şən startlar, idman-maarifləndirici
oyunlar, mini futbol (futzal), basketbol (3x3), voleybol, həndbol,
badminton, masa tennisi və atletika.
Gürcüstanın Təhsil və Elm Nazirliyi və İdman nazirliyinin
təşkilatçılığı ilə idman və əyləncəli aktivliklər daha da çox
olacaq. Məktəblərdə ekskursiya layihələrinin sayı artacaq.
Layihələr uğurla həyata keçirilir və şagirdlərlə yanaşı onların
valideynləri üçün də davam edəcək.