Marneulidə 31 xüsusi müəllim artıq müəllim statusundan faydalanırlar
Gürcüstan Parlamenti Gürcüstan
“Ümumtəhsil Haqqında” qanununa inkluziv təhsil istiqamətində
dəyişiklik edib və xüsusi müəllimlər artıq müəllim statusu
alıblar
.
Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri kənan Ömərovun “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, Marneuli miqyasında
29 məktəbdə 31 xüsusi müəllim var, bəzi məktəblərdə isə uşaqların
çox olduğuna görə, iki müəllim var ki, onlar bu gündən müəllim
statusundan faydalanacaqlar.
Təhsil Nazirliyinin məlumatına görə, qanuna edilmiş dəyişikliklərə
əsasən xüsusi müəllimlərin iş yükü və əməkhaqqı müəllimlərlə
bərabərləşdirilib.
"Marneuli" Radiosu