Təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvilinin
dediyinə görə, məktəb müəllimlərinin orta əməkhaqqı 2022-ci ildə
1500 lariyə, ali məktəb pedaqoqlarının maaşı isə 2000 lariyə
çatacaq.
Onun dediyinə görə, 2019-2021-ci illərdə direktor və administrasiya
personalının maaşı da artırılacaq.
Bunadək isə baş nazir Mamuka Baxtadze bildirmişdi ki, məktəblərdə
çalışan 10 000-dək pedaqoq 2018-19-cu illərdə artırılmış əməkhaqqı
ala biləcəklər, 2022-ci ildə isə onların maaşı üçqat artacaq.
Bu bəyanatlar İğalto monastır kompleksi qarşısında təhsil
islahatları baxışlarının təqdimatı zamanı verilib.