Marneuli şəhər 5 saylı ictimai məktəbi yeni dərs ilini yenilənmiş şəraitdə qarşıladı



Marneuli bələdiyyəsinin 5 saylı ictimai məktəbi yeni tədris ilini yenilənmiş mühitdə qarşılayıb. Məktəbin bərpa işləri Minilliyin Çağırış Fondu çərçivəsində həyata keçirilib.

Sinif otaqları yenilənib, laboratoriya və idman zalı təchiz olunub.

“Məktəbin tam bərpası həyata keçirildi. Hər şey tamamilə dəyişdi, struktura da dəyişdi. Bəzi şeylər birinci mərtəbəyə salındı, tam uyğunlaşdırılıb. Hələ emosiyalardan azad olmamışıq. Yüksək əhval-ruhiyyədəyik, xoşbəxtik, əlbəttə motivasiyamız yüksəkdir - müəllimlərin, şagirdlərin, mənim. Keçən tədris ilində başqa məktəbə sığındıq. Çətin idi, amma həqiqətən də dəyərdi” - deyir 5 saylı ictimai məktəbin direktoru Lela Xarşiladze.

Zərər çəkmiş divarlar bu gün rənglidir, döşəmə isə lominatlanmışdır. Uçmuş tavan dəyişdirilib, otaqlar işıqlı və yeni mebellə təchiz olunub. Kompüter otağında hər uşağın masasında şəxsi kompütür durur. Laboratoriyada salat rəngli mebel və hələ də qutulara yerləşdirilmiş alətlər durur. İdman zalı sona qədər qurulmayıb, ancaq böyük və işıqlı məkan hər növ idman aktivliyinə istək yaradır. Kafeteriya da qaydasına salınır.

“Çox şey dəyişib. Məktəb bizi həvəsləndirdi, oxumaq daha əyləncəlidir. Burada olduqda oxumaq istəyirsən, məktəb çox rahatdır” – dedi uşaq.
“Mənim şəxsən çox xoşuma gəlir. Yeni təmir olunmuş məktəbdə oxumaq motivasiya yaradır. Oxumaq, uğur qazanmaq üçün daha çox arzu yaranır” – dedi uşaq.
“Çox gözəldir, çox xoşumuza gəlir, gözəl şərait var. Oxumayanlar da oxumaq istəyir” – dedi uşaq.

Beş saylı ictimai məktəb şagirdləri deyirlər:Təhsil müəssisəsində 1000 uşaq iki növbədə oxuyur. 54 müəllimdən demək olar ki, yarısı sertifikatlıdır.

Minilliyin Çağırış Fondunun çərçivəsində Kvemo Kartli miqyasında 13 məktəb təmir olunub. Ondan 5 Marneuli bələdiyyəsində yerləşir.

“Marneuli 5 saylı ictimai məktəbi, Tsereteli ictimai məktəbi, Qaçağan, Keşəli, Təzəkənd kəndlərinin ictimai məktəbləri. Məktəblərə 2 milyon dollardan artıq pul xərcləndi. Kvemo Kartlidə ümumiyyətlə 1 milyon dollardan artıq büdcə istifadə edildi” – deyir Fondun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Giorgi Kopaleişvili.

Minilliyin Çağırış Fondu məktəblərin bərpası layihəsini Şərqi Gürcüstanda bununla başa vurub. Tədris müəssisələrinin müasir standartlara uyğunlaşması indi Qərbi Gürcüstanda davam olunacaq. Layihənin müddəti beş ildir.

 

 

Print Email
FaceBook Twitter Google