Təzəkənd məktəbi köhnə adının qaytarılması üçün nazirliyə müraciət edib

Təzəkənd məktəbi bu il əsaslı təmir olunduqdan sonra istifadəyə verildi. İllər ərzində kənd sakinlərinin Əmrah Aslanovun adına bildikləri məktəb təmirdən sonra Təzəkənd 1 saylı ictimai məktəbi olaraq adlandığı məlum olub.

Məsələyə aydınlıq gətirmək üçün Təzəkənd 1 saylı ictimai məktəbinin direktoru Məhəmməd Allahverdiyevlə əlaqə saxladıq. O, bildirdi ki, kənd məktəbinin nə zaman adının dəyişdirildiyini xatırlamır. Amma onlar yenidən Təzəkənd məktəbinin Əmrah Aslanovun adının verilməsi üçün Təhsil Nazirliyinə müraciət edib və nazirlikdən cavab gözləyirlər.

Marneuli Təhsil Mərkəsinin rəhbəri Kənan Ömərov isə bildirir ki, məktəblərə verilən xüsusi adlar 2009-cu ildən ləğv edilib.

Ömərov onu da əlavə etdi ki, əgər hər hansı bir məktəb xüsusi adın verilməsini istəyirsə onda lazım olan sənədləri toplayaraq Təhsil Nazirliyinə göndərə bilərlər.

Məktəbə ad verməyin mümkün olduğunu Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyindən də təsdiqləyirlər və deyirlər ki, adın dəyişdirilməsi nazirin sərəncamına əsasən olur. Məktəb adın dəyişdirilməsi ilə bağlı olan bütün meyarları qane edirsə müsbət qərar verəcəklər.

Print Email
FaceBook Twitter Google