Peşə tədris müəssisələrinin diplomu əhəmiyyəti ilə məktəb attestatına bərabər olacaq

Peşə tədris müəssisələrinin diplomu əhəmiyyəti ilə məktəb attestatına bərabər olacaq. Daha konkret,

məktəbin baza təhsili (9 sinif) olan şəxslər attestat almaq üçün məktəb imtahanlarını eksternatla verməyəcəklər və ümumi təhsili olan şəxslər kimi (12 sinif) ali təhsil müəssisələrində təhsillərini davam etdirmək hüququ əldə edəcəklər.

Bu haqda Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyində peşəkar təhsil istiqamətində planlaşdırılan 3 illik dəyişikliklər haqqında aparılan təqdimatda məlum olub.

Belə ki, planlaşdırılan dəyişikliklərə əsasən konkret ixtisası olan şəxslər həmin ixtisası təsdiqləyəcək sənəd əldə etməli olacaqlar. Sənədi isə peşəkar təhsil müəssisələrində iki illik pulsuz kurs keçdikdən sonra əldə edəcəklər.

Təqdimatda qeyd olunduğuna görə, 2019-cu ilin mart ayından peşəkar təhsil istiqamətində, böyüklər üçün inşaat sahəsində qısa müddətli kurslar da başlayacaq. May ayında isə sahələrin sayı artırılacaq.

Həmçinin, Peşə Təhsil Departamentinin rəhbəri İrina Dzeridzenin məlumatına görə 2021-ci ildən yeni başlanğıclara dəstək proqramının başlaması da planlaşdırılır.

 

 

Print Email
FaceBook Twitter Google