Marneuli ictimai məktəblərindən birində uşağın döyülməsi faktı aşkarlanıb.
Məktəb direktorunun bizimlə söhbəti zamanı verdiyi məlumata görə, məktəbin gürcü dili və ədəbiyyatı müəllimi səkkizinci sinifdə oxuyan qızı əvvəlcə təhqir edib, sonra isə vurub .

Hadisə 6 fevral tarixində baş verib. Həmin şagird bu gün, 7 fevral tarixində dərslərdə iştirak etməyib. Direktor isə baş vermiş hadisə ilə bağlı onun valideyninə məlumat verib.

Məktəb direktorunun dediyinə görə, uşağı vuran müəllim 40 illik təcrübəyə malikdir. Direktorun və müəllimin 6 illik birgə fəaliyyəti dövründə bu ilk zorakılıq halıdır.

Məktəbin müdiriyyəti uşağın döyülməsi məsələsini nizam-intizam komitəsinə verib.

“Marneuli” radiosu hadisələrin inkişafını izləyir.
Print Email
FaceBook Twitter Google