Tələbələrə texniki istiqamətdən humanitar istiqamətə, humanitardan isə texnikiyə keçmək qadağan oluna bilər
Təhsil, Elm, Mədəniyyət və İdman Naziri Mixeil
Batiaşvilinin bəyanatına görə, nazirliyin üzərində çalışdığı vahid
milli imtahanların yeni modeli az-çox ilk əvvəl humanitar
istiqaməti seçmiş olan tələbənin humanitardan texniki istiqamətə
keçməsi səhvini istisna edəcək.
Bu haqda Batiaşvili parlamentdə hesabat təqdim edən zaman
bildirib.
Onun sözlərinə görə, texniki istiqamətdə mütləq riyaziyyat
imtahanı, humanitar istiqamətdə isə Gürcüstan tarixi olmalıdır.
“Əgər uşaq texniki istiqamətdə imtahan verirsə, onun
üçün riyaziyyat və eləcə də universitetin bizdən təmin etməyimizi
istədiyi fəndən mütləq imtahan vermək vacibdir. Eləcə də humanitar
istiqamətdə tarixdən imtahan vermək vacibdir. Biz düşünürük ki,
universitetdə oxumaq, gürcü olmaq və Gürcüstan tarixini bilməmək
sadəcə ayıbdır. Həmçinin, universitet tərəfindən seçilmiş fənn də
əlavə edilir. Hər hansı texniki istiqamət üç fəndən imtahan verir:
Gürcü dili, xarici dil və riyaziyyat. Bu bizim baxışımızla ən
azıdır. Universitet nəyə qərar versə biz həmin imtahanın
keçirilməsini təmin edəcəyik. Humanitar istiqamətlərdə qeyd
etdiyimiz kimi bu gürcü dili, xarici dil və minimum tarix,
universitetin muxtariyyətlərni gücləndirməyimizi tələb edəcəyi
istiqamət olacaq” - qeyd edib Mixeil Batiaşvili.