Vahid milli imtahanların modeli 2023-24-cü illərdən radikal şəkildə dəyişə bilər
Vahid milli imtahanların modeli 2023-24-cü illərdən radikal şəkildə dəyişə bilər.
Attestat imtahanlarının ləğv edilməsi və ümumi qabiliyyət imtahanının seçim fənlərinə keçirilməsindən əlavə müxtəlif fənlər əvəzinə abituriyentlər birləşdirilmiş, fənn biliklərindən və bacarıqlardan ibarət yeganə imtahan verə bilərlər.

“Tutaq ki, gələcəkdə bir böyük mərkəzləşdirilmiş, fənn və bacarıqların birləşdiyi imtahan və bundan əlavə universitetlərin əsaslanaraq tələbələri seçəcəyi motivasiya məktubu, layihələr, müxtəlif mənbələr olsun. Ancaq bu uzaq perspektivdir. Əgər biz bunların hamısına razılaşsaq mərhələli şəkildə planlaşdırdıq və hər şey planlaşdırıldığı kimi irəli getdi. Bizim fikrimizcə 2023-24-cü illər üçün bu modelə keçmək mümkündür” - Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirinin müavini İrina Abuladze bildirib.

Təhsil Nazirliyində bu gün Qiymətləndirmə və Milli İmtanalar Mərkəzinin (Naec) sifarişi ilə hazırlanmış tədqiqatın müzakirəsi baş tutub. Tədqiqatın məqsədi odur ki, Gürcüstanda imtahan sistemi haqqında olan müsbət və tənqidi düşüncələri aşkarlansın və maraqlanan tərəflərə sistemin zəif və güclü tərəfləri haqqında məlumat verilsin.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google